Ukrayna Dneprində şəhəri yenicə vuran Rusiya raketlərindən biri doqquzmərtəbəli yaşayış binasına dəyib, bir neçə yuxarı mərtəbəni dağıdıb.
KONKRET.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti administrasiyası məlumat yayıb.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiya raketlərinin Dnepr istiqamətində uçması ilə bağlı təcili xəbərdarlıq etmişdi.