“Donbasda yarım milyon Rusiya vətəndaşı var” – Lavrov müharibədən DANIŞDIbackend

"Donbasda yarım milyon Rusiya vətəndaşı var" - Lavrov müharibədən DANIŞDI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Donbasda Ukrayna ilə Rusiya arasında müharibənin mümkünlüyünü dəyərləndirib.

KONKRET.az-ın RİA Novostiyə istinadən məlumatına görə, Lavrov bildirib ki, yarım milyona qədər əhalisinin Rusiya pasportu daşıdığı Donbasda müharibədən qaçmaq mümkündür və gərəkdir.

“Əgər bu bizdən və oradakı özünümüdafiə qüvvələrindən asılıdırsa , onların prinsipial mövqeyini başa düşdüyümüz qədər, deyə bilərik ki, müharibədən qaçmaq mümkündür və lazımdır. Lakin mən Ukrayna tərəfinin və prezident Vladimir Zelenskinin adından danışa bilmərəm”, – Rusiya xarici işlər naziri bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*