backend

“Dövlət məmurları “Əlillər evi”ni zəbt eləyib”

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri şikayətlərinə baxılmadığını deyirlər

Bu günlərdə mediada Prezidentin keçmiş köməkçisi Əli Həsənova, Nərimanov rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin və şöbə müdiri Nurlan Həsənovun ortaq mülkləri ilə bağlı məlumatlar yayılmışdı. Əli Həsənov bu mülklərin və obyektlərin ona məxsus olmadığını bildirmiş və məlumatı təkzib etmişdi. Abdin Fərzəliyevdən və Nurlan Həsənovdan isə səs çıxmadı.

KONKRET.az xəbər verir ki, bu gün Nərimanov rayonu ərazisində – Əhməd Rəcəbli küçəsi, 46 ünvanında yerləşən “Əlillər evi”ində yaşayan bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsi adından bizimyol.info-ya məktub daxil olub. Məktubda deyilir ki, Nurlan Həsənov adlı həmin şəxs “Əlillər evi”nin ərazisini zəbt edərək orda atası Həsən Həsənova və bacısı Südabə Həsənovaya villalar tikib: “ Nurlan Həsənovun Əhməd Rəcəbli küçəsindəki “Hilal elektrik” kommersiya obyekti və eyni ünvandakı 3 villa da “Əlillər evi”ndən zəbt edilib. Bizim evin açılışı 13 avqust 2009-cu ildə Prezident xarici səfərdə olanda həyata keçirilib. Bu açılışı gizli ediblər ki, Prezident açılışda iştirak etsə idi, dövlət sifarişi ilə əlil və şəhid ailələrinə tikilən evin zəbt edilməsinə şahid olacaqdı. Hətta bütün televiziyalar qonorar sifarişilə çəkilişi elə aparmışdılar ki, evin zəbt edilməsi nəzərə çarpmasın. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş və 11 ildə kanalizasiyası, həyəti belə olmayan “Əlillər evi”nin ətrafında əlavə tikililər davam edir. Özü də Nərimanov RİH və BŞİH-in razılığı ilə. Bizim evin yerində tikilən “Nobel elektrik”, “Hilal elektrik” , “Omid”obyektləri də Nərimanov RİH və Bakı şəhər İcra Hakimiyyətinin məmurlarına məxsusdur”.

Əlillər, şəhid ailələri bununla bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, DİN-ə, Baş Prokurorluğa, İqtisadiyyat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, İnsan Hüquqları üzrə Müvəkkilə dəfələrlə müraciət etsələr də, heç bir reaksiya verilmədiyini deyirlər. Şikayətçilər bir sıra başqa yüksək vəzifə sahiblərinin, tanınmış iş adamlarının adlarını çəkirlər. İddialarla bağlı jurnalist araşdırılması aparılması, əlimizdə konkret və təkzibolunmaz faktların olması lazım gəldiyindən hələlik həmin adları açıqlamağı uyğun bilmirik. Ancaq məktubda da qeyd edildiyi kimi, bu binanın sifarişçisi var: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Məktub müəllifləri həmin Nazirliyin bu hallara qarşı heç bir addım atmadığından da şikayətçidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*