Dövlət qurumundan Gəncə terrorunda valideynlərini itirən Xədicənin görüntüləri ilə bağlı AÇIQLAMA – VİDEO – YENİLƏNİBbackend

Dövlət qurumundan Gəncə terrorunda valideynlərini itirən Xədicənin görüntüləri ilə bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Gəncə terroru zamanı valideynləri və bacısını itirən 3 yaşlı Xədicənin əmisi onu zorla qəyyumluğa götürmək istəyib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, Xədicə ilə bağlı məsələ nəzarətə götürülüb:

“Bizim nümayəndələr ailə ilə görüşüblər, hazırda ailədə heç bir münaqişə yoxdur. İki tərəflə də razılığa gəlinib. Ailədə uşağın psixoloji, sosial, hüquqi vəziyyəti nəzarət altındadır. Hüquqi sənədləşmə işləri aparılır. Videoda baş verən narazılıqlar diqqət altındadır və bununla bağlı xüsusi tədbirlər görülür”.

***

11:44

2020-ci il oktyabrın 18-nə keçən gecə Ermənistanın Azərbaycanın Gəncə şəhərinə ballistik raketlərlə hücum etməsi nəticəsində valideynlərini itirən üç yaşlı Xədicə Şahnəzərova ilə bağlı video yayılıb.

KONKRET.az xəbər verir ki, videoda uşağın vəziyyətini yaxşı olmadığı görünür.

İddialara görə 3 yaşlı Xədicəni əmisi məcburi qəyyumluğa götürmək istəyir.

Daha ətraflı videoda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*