Dövrün QLOBAL problemi: Uşaqlar oxuduğunu anlaya bilmirbackend

Dövrün QLOBAL problemi: Uşaqlar oxuduğunu anlaya bilmir

Dünya Bankı Qrupunun Prezidenti David Malpass həyəcan təbili çalır. O, dünya üzrə uşaqların hansısa mətni oxuyub anlama bacarıqlarının zəif olduğunu bildirir.

“Uşaqların əksəriyyəti üçün 10 yaşa girmək həyəcanverici andır. İndi dünya haqqında daha çox şey öyrənə bilərlər. Ancaq aşağı və orta gəlirli ölkələrdə bütün 10 yaşlı uşaqların yarıdan çoxu sadə bir hekayəni oxuyub başa düşmək qabiliyyətində deyillər. Yüz milyonlarla uşağın imkan və məqsədlərini hədəfə alan qlobal bir öyrənmə böhranının ortasındayıq. Bu, qəbul olunacaq vəziyyət deyil”.

KONKRET.az xəbər verir ki, qlobal olaraq, 2000-2017-ci illər arasında ibtidai sinif uşaqları arasında keçirilən təlimlərdən yalnız 10 faiz nəticə alındığını söyləyən David Malpass bildirirb ki, bu sürətlə davam edilsə, 2030-cu ilə qədər 10 yaşlı uşaqların 43 faizi savadsız olacaq.

“ECA bölgəsində öyrənmə yoxsulluğu 52,7 faizdir. Bu da dünya üzrə müqayisədə 13 faiz təşkil edir. Məsələn, Ermənistanda uşaqların üçdə birindən çoxu sadə bir hekayəni oxuya və başa düşə bilmir. Azərbaycan, Türkiyə və Rumıniyada isə bu nisbət yüzdə 20-ə çatıb. Bu isə hər beş uşaqdan biri deməkdir. Digər tərəfdən Xorvatiya, Finlandiya və Hollandiyada müvafiq olaraq 4 faiz, 3 faiz və 2 faiz səviyyəsindədir”

David Malpass bildirib ki, oktyabr ayında yeni bir öyrənmə hədəfini dəstəkləmək üçün məlumatlar yayıblar.

“2030-cu ilə qədər qlobal öyrənmə yoxsulluğunun səviyyəsini ən azı yarıya endirmək istəyirik. Oxumağı öyrənmək, xüsusilə kritik bir bacarıqdır. Riyaziyyat kimi tədris fəninin əsasını təşkil edir. Sadə bir hekayəni oxuyub anlamayan uşaqların sayını azaltmaq lazımdır. Uşaqların potensialını inkişaf etdirmələrinə yardımçı olmalıyıq”,deyə Qrupun Prezidenti əlavə edib.

David Malpas məsələnin yaxşı tərəfini də qeyd edib. O, 2030-cu ildə 10 yaşına çatacaq uşaqların gələn il dünyaya gələcəyini bildirib.

“Əgər təcili olaraq hərəkətə keçsək bu tendensiyanı tərsinə çevirmə şansımız var. Qarşımıza qoyduğumuz məqsəd iddialı, lakin əldə edilə bilən bir hədəfdir. Bunun üçün dünya miqyasında tərəqqi sürətini üç dəfə artırmaq lazımdır. Bəzi ölkələr bunun mümkün olduğunu göstərir. Keniyada hökumətin milli oxu proqramı, müvafiq qaydada oxuya bilən ikinci sinif şagirdlərinin faizini üç qat artırıb. Vyetnamda tətbiq olunan sadə və effektiv tədris proqramı əsas bacarıqların təqdim olunmasına və dərindən öyrənilməsinə, eləcə də bütün uşaqların material oxumalarına şərait yaradıb. Bu uşaqların təlim nəticələri yüksək gəlirli ölkələrdə tələbələrin öyrənmə nəticələrinin yekunu ilə eyni səviyyədədir”.

David Malpassın sözlərinə görə, uşaqların oxuyub anlamama probleminin azaldılması üsulları ölkələr və bölgələr arasında dəyişir.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*