Dünyada harada və nə qədər türk yaşayır? – ƏTRAFLIbackend

Dünyada haradanə qədər türk yaşayır? - ƏTRAFLI

Dünyada harada və nə qədər türk yaşayır?

KONKRET.az xəbər verir ki, dünyada 250 milyona yaxın türk yaşayır. Türklər planetin bütün qitələrində yaşayırlar.

Ən çox türk Türkiyə və türkdilli ölkələrdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr) yaşayır ki, bu da 170 milyona qədər insan deməkdir.

45 milyondan çox türk isə İran, Rusiya, Əfqanıstan və Tacikistanda yaşayır. Türklərə həm də Çin, Ukrayna, Moldova və Monqolustanda da rast gəlmək olar ki, bu da 25 milyon insanı əhatə edir.

Üç milyona yaxın türk isə Bolqarıstan, Gürcüstan və İraqdadır. Bir milyondan çox türk ABŞ-dadır, milyona yaxın isə Amerikanın müxtəlif ölkələrinə səpələnib.

Bu, hələ son deyil.

Təxminən 5 milyon türk Avropa İttifaqındadır. Afrika – Fars körfəzi sahilləri ölkələrində 2 milyona yaxın türk məskunlaşıb. 60 minə qədər türk Avstraliyada, bir milyon yarım isə digər ölkələrdə yaşayır.

X əsrdə demək olar ki, bütün türklər islamı qəbul edib. Lakin müsəlman olmayan türk xalqları da var. Moldovada yaşayan qaqauzlar pravoslavlığı qəbul etmiş xristian mənşəli etnik türklərdir. Rusiyada yaşayan çuvaşlar, xakasiyalılar və yakutlar da onlar kimidir.

Krımçaklar və kəraimlər etnik türk-yəhidiləridir. Türklər arasında həm də buddistlər var. Uyğurlar (sarı uyğurlar), Çindəki salarların bir hissəsi və tuvalılar (tıva –  Rusiya) buddistdirlər.

Daha bir Rusiyada yaşayan türk xalqı – altaylardır. Onların əksər hissəsi ruhlara inanır. Bunlar burxanistlər və şamanlardır.

Son illər türk dünyasında mədəni əməkdaşlıq və dialoqa yönəlmiş layihələr fəal şəkildə inkişaf etdirilir.

2009-cu ildə Türk şurası yaradılıb. 2021-ci ildə adı Türk Dövlətləri ilə əvəzlənib. Türk Dövlətlərinin katibliyi İstanbulda yerləşir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*