Dünyanın ən varlı adamı dəyişdi – 188,5 milyard dollar sərvəti varbackend

Dünyanın ən varlı adamı dəyişdi - 188,5 milyard dollar sərvəti var

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu Elon Mask dünyanın ən varlı adamı olub.

KONKRET.az xəbər verir ki, o, 188,5 milyard dollarlıq sərvəti ilə “Amazon”un qurucusu Ceff Bezosu geridə qoyub.

“Tesla”nın hissələrinin son 1 ildə bahalaşması Maskın sərvətini 150 milyard dollardan çox artırıb. Şirkətin hissələri 2020-ci ildə 743% bahalaşıb.

E.Mask ötən ay verdiyi müsahibədə sərvətinin əsl məqsədinin insanlığın kosmik səyahətlər edən mədəniyyətə təkamülünü sürətləndirmək olduğunu demişdi.

Qeyd edək ki, “Blumberq” milyarderlər indeksinin məlumatına görə, 2017-ci ildən bəri dünyanın ən varlı adamı Ceff Bezos olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*