Düşmənin komanda məntəqələri, döyüş texnikası sıradan çıxarıldı – Ordu iflic vəziyyətinə düşdü – RƏSMİbackend

Düşmənin komanda məntəqələri, döyüş texnikası sıradan çıxarıldı - Ordu iflic vəziyyətinə düşdü - RƏSMİ

“Son sutka ərzində düşmənin cəbhənin müxtəlif istiqamətlərində 1 ədəd piyadaların döyüş maşını, 4 ədəd “Qrad” qurğusu, 8 ədəd topu, 2 rabitə qülləsi, 7 ədəd avtomobil texnikası məhv edilib”.

KONKRET.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov deyib ki, gün ərzində düşmənin iki artilleriya batareyası məhv edilib: “Azərbaycan Ordusunun Ermənistan ərazisində hər hansı hərbi məqsədi yoxdur. Bununla yanaşı Ermənistan ərazisindən bölmələrimizin mövqelərinə və yaşayış məntəqələrimizə atəş açan düşmən bölmələri legitim hərbi hədəflərə çevrilir.

Azərbaycan Ordusu dəqiq silahlarla düşmənin komanda məntəqələrini, döyüş texnikasını sıradan çıxararaq onu iflic vəziyyətinə gətirib çıxarıb. Müharibənin taleyini müəyyən edən isə başda Ali Baş Komandan olmaqla cəsur  Azərbaycan zabit və əsgərləridir. O da istisna olunmur ki, düşmənin atdığı istismar müddəti keçmiş raketlərdən bəziləri uçuş trayektoriyalarını dəyişərək işğal olunmuş ərazilərdəki yaşayış məntəqələri və oradakı mülki obyektlərin üzərinə düşür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*