Ədliyyə Nazirliyi “Google”u MƏHKƏMƏYƏ VERDİbackend

Ədliyyə Nazirliyi "Google"u MƏHKƏMƏYƏ VERDİ

ABŞ Ədliyyə Departamenti və səkkiz ştat “Googleu onlayn reklam bazarındakı dominant mövqeyi ilə rəqabətə zərbə vurmaqda ittiham edərək məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Texnologiya şirkətinə qarşı məhkəməyə Kaliforniya, Kolorado, Konnektikut, Nyu-Cersi, Nyu-York, RodAylend, Tennessi və Virciniya ştatları da qoşulub.

Bildirilib ki, “Google” kampaniyaya qatılaraq qeyri-qanuni üstünlüyünü qoruyub saxlayıb.

Qeyd olunub ki, texnologiya şirkəti reklam verənləri öz məhsullarından istifadə etməyə məcbur edib.

ABŞ Baş prokuroru Merrik Qarland bildirib ki, 15 il ərzində “Google”un rəqabətə zidd davranışları vebsaytlar üçün reklam gəlirlərinin azalması, marketoloqlar üçün isə xərclərin çoxalması ilə nəticələnib.

Qeyd edək ki, bu, 2020-ci ildən bəri federal hökumətin şirkətə qarşı ikinci antiinhisar şikayətidir. “Google” digər dövlət və özəl qurumlar tərəfindən antiinhisar məhkəmələrinin hədəfinə çevrilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*