Terroristlərin məğlub olduğunu ölkənin Daxili İşlər Nazirliyi bildirib.
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Əfqanıstan daxili işlər nazirinin səlahiyyətlərini icra edən Məsud Əndərabi ölkəsinin ərazisində terrorçu qruplaşmanın məğlub olduğunu açıqlayıb.
İŞİD-in kiçik qrupları, Əndərabiyə görə, hökumət qüvvələrinə təslim olurlar və digər ərazilərə keçməyə çalışan terrorçular isə xüsusi əməliyyatlar zamanı məhv ediləcək. Onun sözlərinə görə, yerli sakinlər öz ərazilərində heç bir “xarici şəbəkələrin” fəaliyyət göstərməsinə imkan verməyəcəklər.
Yerli media xəbər verir ki, bu sözləri Əfqanıstan Daxili İşlər Nazirliyinin başçısı, İslam Dövlətinin ilk dəfə 2014-cü ildə meydana gəldiyi və forpost qurduğu şərq əyalətində yerləşən Nangarhar Polis İdarəsinə yeni rəhbər təyin edilməsi mərasimində çıxışı zamanı söyləyib.
Əfqanıstanın İŞİD şöbəsi 2015-ci ilin yanvar ayında yarandığını elan etmiş, mülki və hərbi obyektlərə bir neçə hücum etmişdilər. Son vaxtlar mediada Əfqan terrorçularının zəifləməsi barədə danışılırdı.

Tacikistan hakimiyyəti, bir neçə gün əvvəl Tacikistan-Özbəkistan sərhədi yaxınlığında, Düşənbədən 60 km məsafədə yerləşən Sultonobod sərhəd dəstəsinin İşkobod 4 saylı Tacikistan sərhəd zastavasına hücumda İŞİD-i günahlandırmışdı. Tacikistan hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı zamanı təcavüzkarlar zərərsizləşdirilmişdi: onlardan 15-i öldürülmüş, beşi isə tutulmuşdu. Xüsusi əməliyyat zamanı beş hərbçi və bir polis əməkdaşı da daxil olmaqla altı hərbçi öldürülmüşdü.
Kabil Tacikistana İŞİD döyüşçülərinin ərazisindən hücumunu rədd etsə də, yaraqlıların media mənbəyi pauzadan sonra hücumun məsuliyyətini öz üzərinə götürmüşdü.