Əfqanıstan-Pakistan sərhədindəki Spin-Boldak-Çaman keçid məntəqəsi ərazisində atışma olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
Bildirilib ki, atışma nəticəsində Pakistan Sərhəd Korpusunun bir əsgəri həlak olub, daha ikisi yaralanıb. Əfqanıstan tərəfinin itkiləri barədə məlumat verilmir.
Əfqanıstanın təhlükəsizlik qüvvələri pakistanlı sərhədçilərə atəş açdığı iddia edilir.
Qeyd olunub ki, Pakistan höküməti nəzarət-buraxılış məntəqəsinin işini dayandırıb və Əfqanıstan tərəfi hadisəni törədənləri ekstradisiya edənə qədər onu bərpa etməyi planlaşdırmır.
Kabil rəsmiləri bildirib ki, Pakistan sərhədçilərinə hücumu “Taliban” adı altında fəaliyyət göstərən naməlum terrorçular həyata keçirib.
İqbal Rzayev,
KONKRET.az
