Əfsanəvi rok ifaçısı vəfat etdi – FOTObackend

Əfsanəvi rok ifaçısı vəfat etdi - FOTO

Amerikalı müğənni-bəstəkar və “The Byrds”, “Crosby, Stills & Nash” və CPR rok qruplarının qurucu üzvü Devid Van Kortlend Krosbi 81 yaşında vəfat edib.

KONKRET.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə musiqiçinin xanımı Yan Dans məlumat verib.

Bildirilir ki, Krosbi ciddi xəstəliklə mübarizə aparıb. Səkkiz ay əvvəl musiqiçi canlı ifasını dayandırmaq qərarını açıqlayıb. Lakin o, bu yaxınlarda fikrini dəyişdiyini və səhnəyə qayıtmaq istədiyini bildirib.

Qeyd edək ki, Devid Krosbi 1991-ci ildə “The Byrds”, 1997-ci ildə isə “Crosby, Stills & Nash”in tərkibində rok-n-rollun Şöhrət Zalına daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*