Ehtiyatsızlıqdan özünü GÜLLƏLƏDİbackend

Ehtiyatsızlıqdan özünü GÜLLƏLƏDİ

Bakının Səbail rayonunda 65 yaşlı kişi güllə yarası alıb.

KONKRET.az apa-ya istinadən  xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Məsiyev Vahid İsmayıl oğlu sahib olduğu tüfəngi təmizləyərkən ehtiyyatsızlıq edib.

Bu zaman odlu silahdan açılan atəş onun döş qəfəsinə dəyib.

O, ağır xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*