Ekskavator sürücüsü 4500 abonenti qazsız qoydu – VİDEObackend

Ekskavator sürücüsü 4500 abonenti qazsız qoydu - VİDEO

Fevralın 23-də saat 10:30 radələrində Kürdəmir rayonu Muğanlı kəndi ərazisində ekskavator qazıntı işləri apararkən Sığırlı Qaz Paylayıcı Stansiyadan qidalanan diametri 315 millimetr olan yeraltı polietilen qaz xəttini zədələyib.

“Azəriqaz” İstehsalat Birliyindən KONKRET.az-a bildirilib ki, saat 13:00-dan etibarən kəmərə qazın verilişi tamamilə dayandırılıb. Zədələnmiş ərazi su olduğundan xətt bir saatdan artıq müddətdə təzyiq altında qalıb. Xəttin zədələnməsi nəticəsində 15 kənd üzrə 4500 əhali abonenti və 3 sənaye obyektinin qaz təchizatı kəsilib. Hazırda birlik əməkdaşları təmir-bərpa işlərini həyata keçirir.

Qeyd edək ki, uzunluğu 26 kilometr olan Sığırlı-Çöhranlı xətti ümumilikdə 15 kənd üzrə 4500 əhali abonenti və 3 sənaye obyektini qazla təmin edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*