Ekspert: “AMEA-da ciddi yoxlamalar və islahatlar aparılmalıdır”backend

Ekspert: “AMEA-da ciddi yoxlamalar və islahatlar aparılmalıdır”

“Azərbaycanın tədqiqat sahəsində elmi potensialı dünyada gedən prosesslərdə hiss olunmur.
İstər koronavirus pandemiyası, istərsə də, ondan əvvəlki dövrlərdə Azərbaycan elminin dünya elminə heç bir töfhəsi görünmür”.

KONKRET.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası ölkə büdcəsi üzərində bir yükdür:

“AMEA-da ciddi islahatlara ehtiyac var. İslahat dedikdə 70 yaşlı işçini çıxarıb, yerinə 80 yaşlı bir işçini təyin etmək demək deyil.

Bu gün AMEA bütün sahələr üzrə elmi, texniki nailiyyətlərini ortaya qoymalıdır. Bu gün Azərbaycan alimlərinin dünya reytinqləri arasında kəşflərinin olmaması ciddi bir problemdir. AMEA-da ciddi, dünyəvi tədqiqatlar aparılmır”.

O qeyd edib ki, bu gün AMEA-da yeni vakansiyaların açılması yaxşı addımdır, amma ora işə qəbul prosesi düzgün aparılmalıdır:

“İnstitut direktorları, akademiklər təkbaşına idarəetmə səlahiyyətinə malikdirlər. Hər hansı bir hesabatlıq hiss olunmur. Fikrimcə qurumda ciddi şəkildə gəncləşmə siyasəti həyata keçirilməlidir. Fizika İnstitutunun rəhbər heyəti ciddi nöqsanlara görə vəzifələrindən azad edilib. Buna oxşar hallar bir çox institutlarda ola bilər. İstədikləri adamlara maaş, mükafatlar  yazırlar. Bunları özlərinin yaxınlarına, tanışlarına verirlər. AMEA-da ciddi yoxlamalar və islahatlar aparılmalıdır”.

“Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşməsi dayandırılmalıdır. Xərcləri qrantlar, kəşflər, ixtiralar hesabına maliyyələşməlidir. Dünyanın inkişaf etmiş ölkələrində demək olar ki, akademiya yoxdur. AMEA-nın bağlanması da mümkündür. Oradakı alimlərin ciddi ixtiralarını, kəşflərini görməmişik. Bu zaman büdcə vəsaitlərinə də qənaət olunar”,- deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*