Elçin Şıxlı: “Ali Baş Komandan və Azərbaycan Ordusu bizi qələbəyə öyrəşdirib”backend

Elçin Şıxlı: “Ali Baş Komandan və Azərbaycan Ordusu bizi qələbəyə öyrəşdirib”

“Unutmaq lazım deyil ki, biz ermənilərlə tək müharibə meydanında deyil, həm də informasiya cəbhəsində mübarizə aparırıq”.

Bu fikirləri sosial şəbəkələrdə azad olunan kəndlərlə bağlı yazılan şit və bayağı yumorlara münasibət bildirən Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”- “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı KONKRET.az-a danışıb.

Elçin Şıxlı qeyd edib ki, özü bu cür bayağı zarafatlarla rastlaşmayıb: “Çünki mən dostlarımı seçirəm. Unutmaq lazım deyil ki, biz ermənilərlə tək müharibə meydanında deyil, həm də informasiya cəbhəsində mübarizə aparırıq. Sosial şəbəkə istifadəçiləri jurnalist deyil ki, onlara məsləhət verim. Təəssüf ki, sosial şəbəkə istifadəçiləri fərqlidir. Savadlısı, savadsızı və ermənilərə daha çox nifrət edən şəxslər var. Onları idarə etmək düzgün deyil. Sadəcə onlardan xahiş etmək lazımdır ki, ay vətəndaşlarım, soydaşlarım, bu kimi yalnışlıqlara yol verməyin ki, erməni tərəfi yarı zarafat və yarı ciddi statuslarınızdan bizə qarşı istifadə etməsin. Çünki ermənilər çox şərəfsiz millətdir”.

Elçin  Şıxlı vurğulayıb ki, bəzən görürsən ki, cəbhədən yalan məlumatlar yayanlar da var: “Bütün bunlar insanın təbiətindən asılıdır. Hamı torpaqlarımızın azad olunmasına sevinir və bütün torpaqlarımızın düşməndən təmizlənməsini istəyirlər. Ali Baş Komandan və Azərbaycan Ordusu bizi qələbəyə öyrəşdirib. Hər gün hansısa şəhərin, kəndin və yaşayış məntəqəsinin azad olunmasını gözləyir. Bu normal haldır. Amma jurnalistlər yaydıqları xəbərin düzgünlüyünə əmin olmalıdırlar. Əks təqdirdə onların peşəkarlığı şübhə altına düşür. Müdafiə Nazirliyinin tövsiyəsi və tapşırıqları var ki, ancaq bizim yaydığımız rəsmi məlumatlardan istifadə edin. Əgər jurnalist bunu bilmirsə, deməli o, həqiqətən jurnalist deyil”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*