Əli Həsənovun oğlu ABŞ-a köçdü – Pullarını da ölkədən çıxarır –  FOTObackend

Əli Həsənovun oğlu ABŞ-a köçdü - Pullarını da ölkədən çıxarır - FOTO

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli ABŞ-a köçüb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Şamxal Həsənli ABŞ-da daşınmaz əmlak biznesinə başlayıb.

O, artıq Azərbaycandakı biznes müəssisələrini də satışa qoyub və ölkədən külli miqdarda vəsaiti xaricə çıxarmağa çalışır.

Əvəzində isə Şamxal Həsənli ABŞ-da yaşayan FETÖ-çu dostlarının köməyi ilə yeni biznes qurur.

Qeyd edək ki, Prezidentin sabiq köməkçisi Əli Həsənovun ailəsi otel, turizm, qida, təhsil, radio, qəzet, prodakşn kimi bizneslərə sahib olması ilə tanınır. Bir neçə il əvvəl Əli Həsənov “BBC”nin müvafiq sualına “ailəmin malik olduğu adıçəkilən şirkətlərlə fəxr edirəm”, – deyə cavab vermişdi. (Demokrat.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*