Əliyev-Putin-Paşinyan görüşünün təfərrüatı… – Katolikosbackend

Əliyev-Putin-Paşinyan görüşünün təfərrüatı... - Katolikos

Rəsmi İrəvan hər hansı razılaşma imzalayaraq dövlətçiliyimizi təhlükəyə atmamalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Kilikiya Evinin katolikosu I Aram deyib.

“Ermənistan dövlətinin təhlükəsizliyini, müstəqilliyini və ərazi bütövlüyünü təhdid edə biləcək qeyri-müəyyən məqamlar var. Atəşkəs bəyannaməsindəki bu məqamların Ermənistanın istəyi və Rusiyanın köməyi ilə aydınlaşdırılması lazımdır. Yanvarın 11-də Moskvada keçiriləcək Əliyev-Putin-Paşinyan görüşünün gündəliyinin təfərrüatı ilə tanış deyiləm. İnanırıq ki, İrəvan hər hansı razılaşma imzalamaqla Ermənistanın dövlətçiliyini təhdid etməyəcək”, – I Aram vurğulayıb.

Qeyd edək ki, yanvarın 11-də Moskvada Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*