“Əliyevdən fərqli olaraq Nikolun manevr imkanları çox azdır – Markedonovbackend

“Əliyevdən fərqli olaraq Nikolun manevr imkanları çox azdır - Markedonov

“Birincisi, Moskvadakı görüş Əliyev və Paşinyan arasında Qarabağda “payız müharibəsi” bitdikdən sonra aparılan danışıqların ilk mərhələsi idi. İki ölkə liderlərinin bu müddət ərzində hər hansı bir irəliləyişli kompromis həll yolu tapdıqları aydın deyil. Paşinyan diqqətini həll olunmamış problemlərə (hərbi əsirlərin qaytarılması, Qarabağın statusu) yönəldir, Əliyev isə perspektivlərdən danışır. Göz bütün çıqlaqlığı ilə iki liderin fərqli psixoloji əhval-ruhiyyəsini görə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə MGIMO Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı tədqiqatçısı Sergey Markedonov “& Co” teleqram kanalına müsahibəsində deyib.

Markedonov daha sonra deyib: “Azərbaycan Prezidentinin münaqişə barədə keçmiş zamanda danışmağa imkanı var, Paşinyanın isə manevr imkanları çox azdır. Ermənistanda onu cəmiyyətin əhəmiyyətli bir hissəsi dəhşətli bir məğlubiyyətə uğrayan, izahı mümkün olmayan güzəştlərə gedən bir siyasətçi kimi qəbul edir. Moskvadakı görüş Bakı və İrəvanın fərqli gözləntilərini ortaya qoydu. Azərbaycan məsələsində tarixi bağlamaq, ermənidə isə əksinə, uğursuzluğu daha az fəlakətli etmək istəyi var. Bu gün iki Qafqaz ölkəsinin liderləri mövqelərindəki bütün fərqlərə baxmayaraq, Rusiyanı qarşıdurmanın həllində konstruktiv rol oynamağa qadir olan aparıcı qüvvə kimi görürlər”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*