backend

Əliyevin bu planının hədəfini anlamıram – Nikoldan etiraf

Moskva görüşündən sonra Paşinyan yaxın ətrafında əsirlər məsələsində uğursuzluğa düçar olduğunu etiraf edib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

Paşinyan bu məsələdə uğur əldə edəcəyi təqdirdə müxalifətə ağır zərbə vura biləcəyini deyib.

Moskvada kommunikasiyalarla bağlı imzalanan sənədi “parlaq qələbə” adlandıran Paşinyan, həmçinin İlham Əliyevin kommunikasiyaların açılmasına razılaşmaqla onu nəyə çəkdiyini başa düşmədiyini bildirib: “Paşinyan deyib ki, kommunikasiyaların açılması tamamilə bizim xeyrimizədir. Əksəriyyət isə hesab edir ki, bu ya növbəti manipulyasiyadır, ya da Paşinyan 11 yanvar sənədini “tam qələbə” sayacaq qədər adekvatlığını itirib”, – qəzetin mənbəsi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*