Azərbaycanda yaşayış minimumu, ehtiyac meyarı, əmək pensiyasının minimum məbləği artırılıb.
KONKRET.az-ın məlumatına görə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən, 2022-ci il üçün yaşayış minimumu yanvarın 1-dən ölkə üzrə 196 manatdan 210 manat qaldırılıb.
Yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.
“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 170 manatdan 200 manata qaldırılıb.
“Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə əsasən isə əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunub. Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılıb. Ötən il əmək pensiyasının minimum məbləği 200 manat olub.

Emek pensiyalarinin minumum heddi yazmaq daha duzgun olardi. 240 manatdan yuxari pensiyalarda artim olmayib. Niye? Qiymetler, rusumlar, pensiyanin asagi heddi, emek haqlari qalxdi amma pensiya qalmadi. Qarsidaki indeksasiyani bura qatmayaq. Cunku o qanu nla her il olur. Amma bu gunde emrle umumi 20%artima esas pensiyalarda artmadi
260 manat olanların ki necə olacaq qalxdı oda
bes biz cavan aile ne pensiya almiriq ne sosial almirig ne uwaq pulu almiriq ne yoldawim iw tapmir iwdemeye biz ne edey direnmiwik tay borc icinde batirig uwaq pulunda verinde dolana bilmirik uwaq pulu verilse gua mudceniz onunla azalacaq?bizim docletimiz kimi varli dovlet yoxdu ama insanlari olur acindan
Mən anlamadim. Yəni 20 faiz artim bütün pensiyalara aid deyil ki ?
Elbetde bütün pensiyalar qalxmalidi