Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir – VİDEO – YENİLƏNİBbackend

Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir - VİDEO - YENİLƏNİB

Əməkdar artist Tünzalə Əliyeva dəfn olunub. 

KONKRET.az xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

***

11:17

Mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir. 

KONKRET.az xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Əməkdar artist Dilarə Əliyeva oxu.az-a bildirib ki, Tünzalənin sağalacağına inanırdı:

“Çox inanırdım ki, o, geri qayıdacaq. O qədər həyat eşqi var idi ki… Azərbaycan televiziyası, kinosu, teatrı Tünzalənin timsalında çox böyük aktrisanı itirdi”.

D.Əliyeva sonuncu dəfə ötən həftə danışdığını qeyd edib:

“Sonuncu dəfə ötən həftə danışdıq. Yaşamaq istəyirdi. Bütün tamaşaçılar dünən bu sənətkar üçün göz yaşı tökdülər. Qısa, mənalı və dolğun ömür yaşadı”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*