Növbəti səyyar sənəd qəbulunun vaxtı açıqlanıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən KONKRET.az-a verilən məlumata görə, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu noyabrın 4-ü Xətai rayonu, M.Hadi küçəsi, 2944A ünvanında keçiriləcək.
Digər səyyar sənəd qəbulu noyabrın 6-da isə Xətai rayonu, G.Şıxlınski küçəsi 2942b ünvanında keçiriləcək.
Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb.
