Erməni admin çeçen xalqını söyüb təhqir etdiyinə görə Kadırovdan üzr istədi – FOTO/VİDEObackend

Erməni admin çeçen xalqını söyüb təhqir etdiyinə görə Kadırovdan üzr istədi - FOTO/VİDEO

Erməni-faşist Kadırovdan üzr istəyib.

KONKRET.az Rusiya Teleqram kanallarına istinadla xəbər verir ki, iki gün öncə erməni-faşist kanallarından birinin admini çeçen xalqını söyüb təhqir edib.

Belə ki, xülyalarla yaşayan ermənilərdən biri çeçen xalqının “qədim erməni xalqının itirilmiş bir hissəsi” olduğunu, özlərini “ermənilərin bir hissəsi kimi” hesab etdiklərini  və tezliklə çeçenləri yenidən “ermənilərin arasına qaytarmaq, assimilyasiya etmək” lazım olduğunu yazıb.

Njdeçi Teleqram kanallarından birinin admini isə həmin posta çox pis təhqir və söyüşlə cavab verib. Yəni, guya çeçen xalqı ermənilərin tarixini öz adına çıxır və bu da admini qəzəbləndirib.

Qabaqcadan bəlli olduğu kimi, admin buna görə bədəl ödəyəcək və mütləq üzr istəyəcəkdi. Onun Ramzan Kadırovdan və çeçen xalqından üzr videosunu təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*