“Türkiyənin strateji məqsədi bütün Suriyaya nəzarəti ələ keçirməkdir”.
KONKRET.az xəbər verir ki, bu sərsəm fikirləri şərqşünas alim, Ermənistan Respublikası Milli Elmlər Akademiyasının akademiki Ruben Safrastyan “Ermənistanın səsi” radiosuna müsahibəsində səsləndirib.
Onun erməni xəstəliyinin iç üzünü açan qısa müsahibəsini sizə təqdim edirik.
– Suriyadakı son hadisələrdən sonra Türkiyənin strateji hədəfi nədir?
– Bu mərhələdə Türkiyə bütün Suriyanı nəzarət altına almağa çalışacaq. Türkiyə istəyəcək ki, gələcəkdə Suriya tamamilə onun təsiri altında olan ölkəyə çevrilsin. Bu, onun strateji məqsədidir. Daha konkret desək, Türkiyə Suriyada fəaliyyət göstərən kürd təşkilatlarını daha da zəiflətmək və yox etmək istəyir. İnanıram ki, 2025-ci ildə türklər yuxarıda qeyd etdiyimiz strateji hədəfə çatacaq və bu kontekstdə Trampın ABŞ-da vəzifəyə başlaması vektoru dəyişməyəcək. Qeyd etmək lazımdır ki, ümumilikdə Türkiyə Qərbin, ABŞ-ın dəstəyini strateji mənada alır. Taktiki müstəvidə isə ABŞ hardasa kürdləri himayə edir. Amma ümumilikdə, bir daha deyirəm, Türkiyə rəhbərliyinin hərəkətləri ABŞ tərəfindən dəstəklənir.
– Suriya hadisələrindən istifadə edən Azərbaycan indi Ermənistana qarşı müharibəyə başlaya bilərmi?
– Çox güman ki, yox. Bunun səbəbi var. Türkiyənin yaxın il yarımda Suriyanı nəzarətə götürəcəyini (?) nəzərə alsaq, Azərbaycan Ermənistana qarşı genişmiqyaslı hücuma keçməyəcək. Ancaq sərhəddə hər cür təxribatlar olacaq, bu isə geniş müharibəyə gətirməyəcək.
Yeri gəlmişkən, rəsmi Bakı dəfələrlə bəyan edib ki, öz suverenliyini və ərazi bötüvlüyünü tam təmin etdiyinə görə, qonşu ölkələrlə, konkret olaraq Ermənistanla eskalasiyaya başlamayacaq. Ancaq əksinə Ermənistan revanşist xülyalaraından əl çəkməsə, dəmir yumruq yenə öz sözünü deyəcək. Bu dəfə üçrəngli bayrağımız sovetlər tərəfindən Ermənistana hədiyyə edilən torplaqlarımızda dalğalanacaq.
KONKRET.az