Erməni iş adamları şoka düşdü – hökümətin qərarı çaşqınlıq yaratdıbackend

Erməni iş adamları şoka düşdü – hökümətin qərarı çaşqınlıq yaratdı

Konkret.az erməni mediasına istinadla xəbər verir ki, hökümət balıqçılıq şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı ciddi prosesə start verib. Xüsusilə Ararat vadisindəki su quyularının sayının azaldılması ilə bağlı tədbirlərə qərar verildi. Etibarlı mənbələrin mediaya sızdırdığı məlumata görə, səbəb bölgədəki su mənbələrinə dəyən ölçüyəgəlməz mənfi təsirlərinin qarşısını almaqdır. Qeyd edək ki, bu sahədə ixtisaslaşmış balıqçılıq təsərrüfatları tərəfindən su mənbələri israfsız şəkildə istehlak edilir. Digər məqam isə ondan ibarətdir ki, bütün bunların müqabilində vergidən yayınmaq üçün şirkətlər az miqdarda balıq istehsal olunduğu barədə qaimələri aidiyyəti qurumlara təqdim edir. Hökumətin bu sahədəki tədbirlər planı iş adamlarında ciddi şok effekti yaradıb. iş adamları balıqçılıq təsərrüfatına etdikləri yatırımın təhlükədə qalmasından narahatlıqlarını gizlətmirlər. Hər kəs prosesin hansı sonluqla qurtaracağını gözləyir. Sahibkarlar arasında yaranan çaşqınlığa heç bir aydınlıq gətirilməyib.

İcra hakimiyyəti orqanları Ararat vadisində su ehtiyatlarının həcmində kəskin azalmanın qarşısını almaq üçün tədbirlər planı hazırlayır. Digər tərəfdən, hüquq-mühafizə orqanları da bu sahədə qanun pozuntularını araşdırır.

Ancaq sənaye mütəxəssislərinin fikrincə, burada hər şey, yumşaq desək, birmənalı deyil, xüsusən də bu sahədə sərt tədbirlər olduqca ciddi risklər yarada bilər.

Yeri gəlmişkən, Baş nazir Nikol Paşinyan bu yaxınlarda keçirilən hökumət iclasında sərt tədbirlər haqqında qərar verilərkən sahibkarlar üçün ağrılı keçməməsi məqsədilə müəyyən qiymətləndirilmələrin aparılmasının vacibliyini qabardıb.

Baş nazir vurğulayıb ki, xüsusilə qurulmuş müəssisələri bağlanma riski altına qoymamaq üçün avtorizasiya sistemini mükəmməlləşdirmək lazımdır.

Həmin sistemə görə, icazələrin idarə edilməsi obyektlər üzərində yerinə yetirə biləcəyi əməliyyatlarını müəyyən edir və onlara nəzarət etməyə imkan verir. Ayrıca hüquq kimi icazə səlahiyyətlərini digər səlahiyyətlərlə əvəz etmək olar. Baş nazirə görə, prosesləri yaratmaq və məhv etmək olar. Amma məhv eməkdənsə, prosesi ağrısız başqa səmtə yönəltmək daha məqsədəuyğundur. Görünən odur ki, Paşinyanın bu kursu əsas götürülmür.

Hazırladı: Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*