backend

"Erməni məsələsi birdəfəlik həll olunmalıdır" - Hərbi əməliyyatlara hər an hazır olmalıyıq

Hər məhlədə ərköyün, bir az da başdan xarab uşaq olur. Yetənə yetir, yerməyənə daş atır. Ha başa salırsan, ha qılığına girirsən ki, oğul eləmə belə, yazıqsan. Məhəl qoymur. Və bir dəfə basıb onu eşşək balası kimi çırpırsan ondan sonra quzuya dönür.

Tarix bir daha sübut edir ki, Ermənistanla danışıqlar aparmaq mənasızdır. Onları ancaq bir yolla başa salmaq mümkündür. Dəmir şillə-təpiklə.

Düşmən hər keçən gün vəziyyəti gərginləşdirir. Atəşkəsin pozulması adi hala çevrilib. Bununla onlar bölgədə sülhün bərqərar olmasına mane olmağa, münaqişənin bitmədiyi mesajını verməyə çalışırlar. Amma düşmən odla oynayır, özü də çox pis bir odla.

Düzdür bu onların başları üçün deyil, onları buna həvəsləndirən güclər var. Ancaq başa düşmürlər ki, bu od bir də alovlanarsa, ondan sonra ermənilər daş dövrünə qayıdıb yandırmağa odun da tapmayacaqlar. Biz millət olaraq hadisələrin bütün ssenarilarinə psixoloji hazır olmalıyıq.

Hesab edirəm ki, Vətən Müharibəsindəki qələbəmizin ildönümünədək erməni məsələsi birdəfəlik həll edilməlidir, əks halda illərlə biz bu bədxassəli şişdən əziyyət çəkməli olacağıq.

Əli Məhərrəmli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*