Erməni nazir: “Heç kim torpaq vermir, biz sərhədi çəkirik”backend

Erməni nazir: “Heç kim torpaq vermir, biz sərhədi çəkirik”

“Delimitasiya prosesi nəticəsində Azərbaycan və Ermənistan öz qanuni sərhədlərini alacaqlar”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

“Biz bir sütun qoyuruq ki, heç bir tərəfin bir-birinə hücum etmək üçün səbəbi olmasın”, – deyə Sanosyan erməni jurnalistlərə bildirib.

O, qeyd edib ki, indi aydın sərhəd xətti var və bu, mübahisəli hadisələrin qarşısını ala bilər.

“Heç kim torpaq vermir, biz sərhədi çəkirik. Siz sülh şəraitində yaşamaqdansa müharibəni seçməyi təklif edirsiniz? Heç kim Ermənistanın ərazisini dəyişdirmir”, – nazir bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*