Erməni yepiskop: “Artıq beşinci əsgərdir ki, həyatını bizim üçün qurban verdi, torpağımızı və ermənilərin həyatını öz qanı ilə boyadı”backend

Erməni yepiskop: “Artıq beşinci əsgərdir ki, həyatını bizim üçün qurban verdi, torpağımızı və ermənilərin həyatını öz qanı ilə boyadı”

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının yepiskopu Baqrat Qalstanyan öz Facebook səhifəsində Tavuşda Azərbaycan Ordusunun məhv etdiyi əsgərlərdən birinin xatirəsinə həsr olunmuş bir yazı yerləşdirib. KONKRET.az xəbər verir ki, böyük kədər hissi ilə yazılmış statusda vurğulanır ki, “əsgərimizin canını almış güllə sanki hamımızın evinə və ailəsinə girdi. Zəhmət olmasa, susun, adi həyatı dayandırın, dua edin və qardaşımıza və oğlumuza səcdə edin”. O bildirir ki, “Artıq beşinci əsgərdir ki, həyatını bizim üçün qurban verdi, torpağı və ermənilərin həyatını öz qanı ilə boyadı”.

Xatırladaq ki, oktyabrın 4-də Ermənistanın Tavuş vilayətinin Koti kəndi yaxınlığındakı sərhəd zonasında atışma baş verib.

Kəndin rəhbəri Feliks Melikyanın sözlərinə görə, əsgər çiynindən yaralanıb. Onu Mərkəzi Klinik Xəstəxanaya köçürüblər.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti nədənsə son günlər bir hərbçinin öldüyü və daha 3-ünün yaralandığını demişdi. Amma yepiskopun statusunda bildirilir ki, artıq 5 erməni əsgəri öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*