Ermənilər ABŞ-ın Ermənistandakı səfirliyinin binası qarşısında aksiya keçirirlərbackend

Ermənilər ABŞ-ın Ermənistandakı səfirliyinin binası qarşısında aksiya keçirirlər

Ermənilər ABŞ-ın Ermənistandakı səfirliyinin binası qarşısında aksiya keçirirlər.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bir qrup vətəndaş ABŞ-ın Ermənistandakı səfirliyinin binası qarşısında aksiya keçirir. Məsələ burasındadır ki, bu vətəndaşlar yaşıl kart qazanıblar, lakin onlara ən qısa zamanda ABŞ-a getmək imkanı vermək üçün hələ də səfirliyə dəvət edilməyiblər.

Yaşıl kart qazanan 2066 Ermənistan vətəndaşından bu günə kimi yalnız 4 nəfər ABŞ səfirliyinə dəvət olunub.

Onlar əllərində posterlər turublar.

Poster başlıqları bunlardır:
“Biz uşaqlarımız üçün parlaq gələcək istəyirik”;
“Beş dəqiqəlik müsahibə bizi çoxdankı arzumuzdan ayırır”;
“Həyatda yeganə fürsətdir və biz onu əldən vermək istəmirik”;
“Bizim taleyimiz sizin əlinizdədir”;
“Bizi eşidin, bizə şans verin”.
“Bizi kənarda saxlamayın”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*