Ermənilər Azərbaycanla sərhədin hansı xəritələrdən istifadə ediləcəyini bilmirbackend

Ermənilər Azərbaycanla sərhədin hansı xəritələrdən istifadə ediləcəyini bilmir

“Delimitasiya ilə bağlı elə etməliyik ki, gələcəkdə Ermənistan üçün problem yaranmasın”.

KONKRET.az “Armenia Today” saytına istinadən xəbər verir ki, bunu Ermənistanın Kadastr Komitəsinin sədri Suren Tovmasyan hökumətdə keçirdiyi brifinqdə Azərbaycanla hansı xəritələr üzrə danışıqların aparılması ilə bağlı sualı cavablandırarkən deyib.

Tovmasyan xatırladıb ki, Nikol Paşinyanın qərarı ilə sərhədlərin delimitasiyası və demarkasiyası üçün komissiya yaradılıb. Komissiya kadastr komitəsi sədrinin müstəsna səlahiyyətləri çərçivəsində iş aparan iki müavinindən ibarətdir.

Tovmasyan qeyd edib ki, Komitədə Ermənistanın bütün ərazisinin xəritələri var, lakin hansı xəritələr üzrə Azərbaycanla danışıqlar aparılacağı komitənin səlahiyyətlərindən kənardır.

“İstənilən problem müstəsna olaraq hüquqi əsaslarla həll edilməlidir”, – Tovmasyan bildirib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*