Ermənilər Xankəndidən kütləvi şəkildə qaçır – Rusiya KİVbackend

Ermənilər Xankəndidən kütləvi şəkildə qaçır - Rusiya KİV

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağın Xankəndi şəhərində mülki şəxslərin təxliyəsinə başlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti hadisə yerindəki müxbirinə istinadən məlumat yayıb.

İnsanların kütləvi şəkildə Ermənistanın paytaxtı İrəvana göndərildiyi qeyd olunur.

“Onları dərhal göndərirlər, orada heç bir qohumları yoxdur, amma mütləq qarşılanacaqlarını söyləyirlər. Bunu İrəvandakı hakimiyyət təşkil edir”. Mesajda ​​deyilir.

Polis insanlara kömək edir, yoldan keçən avtomobilləri dayandırır və sürücülərdən onları şəhərdən çıxartmalarını xahiş edir.

Sentyabrın 27-də Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı təmas xəttindəki yaşayış məntəqələrini atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin hərəkətlərinə cavab olaraq əks-hücum əməliyyatına başladığını elan edib.

Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfdə mülki və hərbi itkilər var. Qarabağ (işğal edilən Azərbaycan torpağı) və Ermənistanda hərbi vəziyyət və səfərbərlik, Azərbaycanda qismən səfərbərlik elan edilib, bəzi şəhərlərdə hərbi vəziyyət tətbiq edilib.

Babək Göyüş                       

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*