backend

Ermənilərin 84 faizi Rusiyaya nicat yeri kimi baxır

“Em Pi Gee” MMC Ermənistanda maraqlı sorğu keçirib. Sorğu 17 noyabrda telefon danışıqları ilə aparılıb. Sorğuda 501 nəfər iştirak edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “Qlavnoye.net” portalı məlumat yayıb. Məlumatda deyilir ki, sorğu təşkilatçıları Dağlıq Qarabağdakı son vəziyyətlə əlaqədar olaraq ermənilərin Rusiyaya bəslədiyi münasibəti müəyyənləşdirmək istəyiblər. Sorğuda iştirak edən Ermənistan sakinlərinin əksəriyyəti (84%) Rusiya Federasiyasına son ümid yeri kimi baxır. İştirakçıların  9.4% bunun əksinini düşünür. Respodentlərin 6.6% isə suala cavab vermək istəməyib.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*