Ermənilərin xəyanətinin bədəli ağır olacaq – ABŞ da İrəvana kömək edə bilməyəcəkbackend

Ermənilərin xəyanətinin bədəli ağır olacaq – ABŞ da İrəvana kömək edə bilməyəcək

Ermənistan – ABŞ hərbi təlimlərinin keçirilməsi və bu gün Amerikanın yüksək çinli hərbçilərinin İrəvana səfəri ciddi mətləblərdən xəbər verir. Ermənistana xüsusi rəğbət bəsləyən Qərb bununla regionda kimin tərəfində olduğunu ortaya qoyur.

Üstəlik, ABŞ Senatında Qarabağla bağlı dinləmələr də Amerikanın  mövqeyinin göstəricisidir. Dinləmələrdə Ermənistanın problemlər paketinin həlli müzakirə olunub. Erməni lobbisinin dəstəyilə baş tutan dinləmələrdən Ermənistanın gözləntiləri daha çox olsa da, Amerikanın məqsədi tamam başqadır. İndi ABŞ nəyin bahasına olursa-olsun Rusiya, İran və Çinin regionda təsirini azaltmağa səy göstərir. ABŞ dövlət katibinin köməkçisi Yuri Kim də ABŞ-ın mövqeyini təsdiq edib: “Birləşmiş Ştatlar imkan daxilində inkişaf, müdafiə və təhlükəsizlik sahəsində Ermənistana dəstəyini genişləndirməlidir. Bizim regionda Rusiya, İran və Çinin təsirinə qarşı çıxmaq üçün strateji imkanımız var”.

Deməli, ABŞ üçün erməni məsələsi həm də rəqiblərinə qarşı vasitədir. Ermənistandan alət kimi istifadə edən Qərb erməni məsələsinə fərqli yanaşır. Amerika regiona daxil olmaqla Cənubdakı əsas düşməni – İranı nəzarətdə saxlamağı düşünür. Eyni zamanda, əks qütbdə dayanan Rusiyanı bölgədən sıxışdırmaqla Cənubi Qafqazda möhkəmlənmək ABŞ-ın əsas məqsədidir.

Regiona soxulmaq üçün Ermənistan təsadüfi seçilməyib. Beş il əvvəl Paşinyanı hakimiyyətə gətirən Qərb onun qarşısında müəyyən öhdəliklər qoyub və Rusiyanın regionu tərk etməsi üçün proqram hazırlanıb. Paşinyan isə öhdəliyini yerinə yetirmək üçün mərhələli işlər aparır. Ən yaxın müttəfiqinə qarşı xəyanət edən Ermənistan İranın da maraqlarını zərbə altına qoyur.

İran rəsmilərinin bununla bağlı Ermənistana etirazı da gecikməyib. İndi geosiyasi hadisələrin dəyişdiyi bir məqamda Amerikanın Cənubi Qafqazda peyda olması Cənub və Şimal qonşularımız üçün sürpriz deyil. İllərdir Ermənistanın maraqlarını müdafiə edən bu ölkələr də bütün tarix boyu ermənilərdən alət kimi istifadə ediblər. Həyat isə bumeranqdır. Yüz illərdən bəri bəslədikləri erməni sürüsü indi Qərblə əməkdaşlığa başlayıb. Çox güman ki, Ermənistanın qonşularına xəyanəti hər iki qonşuya arxadan zərbədir. Hələlik bu zərbənin səsinin necə və hansı vəziyyətdə çıxacağını söyləmək tezdir. Amma ermənilərin adət etdiyi xəyanətkarlığın bədəli ağır olacaq və onlar hökmən cəzalarını alacaqlar.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*