Ermənipərəst Vladimir Yevseyev: “Ermənistanda silah-sursat tamamilə azalıb”backend

Ermənipərəst Vladimir Yevseyev: "Ermənistanda silah-sursat tamamilə azalıb"

Rəsmi Moskvanın təşəbbüsü ilə qısa atəşkəs dövründə az da olsa uğur qazanıb. Belə ki, tərəflər arasında cəsədlərin dəyişdirilməsi baş tutub”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan cəmiyyətində ermənipərəst mövqeyi ilə tanınan siyasi şərhçi və ekspert Vladimir Yevseyev “İzvestiya” portalına açıqlamasında bildirib. O qeyd edib ki, bu müddət ərzində Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın 30 cəsədi Ermənistana təhvil verilib.

Ekspert qeyd edib ki, tərəflər artıq yaralıların və ölülərin döyüş meydanından çıxarılmasına müdaxilə etmirlər.

“Atəşkəs uzun sürmədi. Atəşkəs tam nəzərdə tutulsa da, döyüşlərin intensivliyində bu, mümkün olmadı”, – deyən V.Yevseyevin sözlərinə görə, Ermənistanda silah-sursat tamamilə azalıb. Eləcə də hər iki tərəfdə çox sayda itki baş verir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*