Ermənistan Baş Qərargah rəisinin müavininə cinayət işi açıldıbackend

Ermənistan Baş Qərargah rəisinin müavininə cinayət işi açıldı

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, Baş Qərargahın Döyüş hazırlığı idarəsinin rəisi general-leytenant Andranik Makaryan barəsində cinayət işi başlanılıb.

KONKRET.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan deyib.

A.Makaryan yaşayış yerini tərk etməyəcəyinə dair yazılı iltizam imzalayıb.

O, Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi üzrə (rəisin və ya vəzifəli şəxsin hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində ciddi ziyan vurmaqla xidmətə laqeyd yanaşması) ittiham olunur.

Qeyd edək ki, general-leytenant Andranik Makaryan İkinci Qarabağ müharibəsində 60 nəfərin itkisinə görə ittiham olunurdu.

A.Makaryana qarşı ittihamlar mart ayında irəli sürülmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*