“Ermənistan diktaturanın yeni mərhələsinə qədəm qoyur” – Kazinyanbackend

"Ermənistan diktaturanın yeni mərhələsinə qədəm qoyur" - Kazinyan

Hakimiyyətdən olan deputatların həm insani, həm siyasi, həm də peşəkar baxımdan leksikon və davranışı ciddi qınaqlara layiqdir.

KONKRET.az xəbər verir ki, bu barədə “Ermənistan” parlament fraksiyasının üzvü Artur Kazinyan bildirib.

“Onlar əxlaq və etikanın bütün icazə verilən sərhədlərini aşır və bu, ilk növbədə, jurnalistikada, sonra isə siyasi müstəvidə adekvat qiymətləndirilməlidir. Ermənistan diktaturanın qurulmasının yeni mərhələsinə qədəm qoyur”, – deyə deputat yazıb.

Xatırladaq ki, dünəndən mətbuatda və internetdə deputat Vaaqn Aleksanyanın “onlar jurnalist deyil, fahişədir” ifadəsi müzakirə olunur.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*