“Ermənistan dövlətçiliyi çox neqativ tendensiyalarla üzləşəcək” – İrəvanı nə gözləyir? – ÖZƏLbackend

“Ermənistan dövlətçiliyi çox neqativ tendensiyalarla üzləşəcək” – İrəvanı nə gözləyir? - ÖZƏL

Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanın Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərdiyini açıqlaması böyük marağa səbəb olub. İndi əsas məsələ Ermənistanın buna necə reaksiya verəcəyi ilə bağlıdır. Maraqlıdır, Ermənistan 5 bənddən ibarət təklifi qəbul edəcəkmi? Bu halda  münasibətlər hansı həddə qədər normallaşa bilər? Əgər Ermənistan bu təkliflərə də susqun qalsa, o zaman nə baş verə bilər?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Tural İsmayılov cavablandırıb. O bildirib ki, Azərbaycan ilk gündən Ermənistanla sülhə sadiqliyini nümayiş etdirib:

“44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra beynəlxalq hüququ bərpa etdik. Müharibədən sonra Azərbaycan tərəfi Ermənistanla münasibətlərin normallaşmasının vacibliyini dəfələrlə vurğulayıb. Lakin təəssüflər olsun, Soçi və Brüssel bəyanatları imzalansa da, bu günə qədər Ermənistan bəyanatdan irəli gələn şərtləri yerinə yetirmir. Xüsusilə uzun müddətdir Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır. Bu konteksdə Azərbaycan İranla diplomatik sahədə çox önəmli müqavilə imzalayaraq Şərqi Zəngəzurda Naxçıvanla-Qarabağ arasında yeni körpülər və dəmir yolu tikintisi ilə bağlı razılığa gəlib”.

Qərbin anti-Azərbaycan şəbəkələri daim məqam gözləyir” – Tural İsmayılov | 1news.az | Xəbərlər

Politoloq əlavə edib ki, Ermənistanın bu şərtlərə əməl etməkdən başqa çıxış yolu yoxdur:

“Bundan sonra Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın irəli sürdüyü şərtlər var. Həmin şərtlər Ermənistan tərəfindən mütləq yerinə yetirilməlidir. Bu gün Ermənistanı qızışdıran, ona havadarlıq edən, regiondakı gərginlikdə maraqlı olan dövlətlər təəssüf ki, Ermənistandan istifadə edərək sülh və etimad mühitinin yaranmasına mane olmağa çalışırlar. Lakin onların qalib tərəf kimi Azərbaycanın diqtə etdiyi şərtləri yerinə yetirməkdən başqa heç bir yolu qalmayıb. Əgər rəsmi İrəvan yenə də öz havadarlarına güvənərək bu şərtləri yerinə yetirməzsə və təxribata cəhd edərsə, bu zaman Ermənistan dövlətçiliyi çox neqativ tendensiyalarla üzləşəcək. Qarşı tərəfin sülhdən və bizim təkliflərimizi yerinə yetirməkdən başqa heç bir yolu qalmayıb. Əks halda onlar ölkəni bürüyən iqtisadi xaosdan heç bir çıxış yolu tapa bilməyəcək”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*