Ermənistan-İran gömrüyü bağlandı – SƏBƏBbackend

Ermənistan-İran gömrüyü bağlandı - SƏBƏB

Ermənistanla İran arasında fəaliyyət göstərən Mehri gömrüyü bağlanıb.

KONKRET.az xəbər verir ki, məlumatı “news.am” yayıb.

Bildirilib ki, gömrük bağlandığı üçün Ermənistan-İran gömrük nəzarət-keçid buraxılış məntəqəsinin ətrafına xeyli yük avtomobili toplaşıb.

Məlumata görə, nəzarət keçid məntəqəsi Ermənistan dövlət gəlirlər komitəsi sədrinin müavini Şuşanik Nersisyanın (KİV-də “Nakolka Şuşo” ləğəbi ilə tanınır) əmri ilə bağlanıb.

Göstərişin verilməsinin səbəbi məlum deyil. Komitə də hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*