“Ermənistan işğal etdiyi əraziləri tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür” – Hikmət Hacıyevbackend

“Ermənistan işğal etdiyi əraziləri tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür” - Hikmət Hacıyev

“Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar 2020-ci il sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini ümumən təqdir edirik”.

KONKRET.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib:

“Ermənistan bu günə qədər həmin qətnamələri icra etməyib. Bu ilk növbədə Təhlükəsizlik Şurasının özünə qarşı hörmətsizlikdir.

Təhlükəsizlik Şurasının üzvləri bütün müvafiq müzakirələr zamanı həmin qətnamələrin icrasının vacibliyi məsələsini qabartmalıdırlar. Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən, Ermənistan qoşunları Azərbaycanın işğal etdiyi ərazilərini tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*