İşğalçı Ermənistanın Dağlıq Qarabağdakı hərbi hissələrində cinayət faktlarının sayı həddindən artıq çoxalıb.
KONKRET.az orer.am saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 356-cı maddəsi ilə xeyli zabit cinayət məsuliyyətinə cəlb edilib. Sayt yazır ki, artıq mediada hərbi hissələrdə cinayət hallarının təsnifatına görə təbliğati işlər artırılmalıdır. Bəlkə bu yolla orduda cinayətlərin, fərariliyin, yüksək rütbəli zabitlərin qeyri-qanuni fəaliyyətinin və digər halların qarşısını almaq mümkün olar.
Qeyd edək ki, artıq prokurorluq, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanlarında qanuni əmri yerinə yetirməyən zabit və əsgərlərin cinayət qovluqlarının sayı çoxalıb.
Orduda, xüsusən hərbi əməliyyatlarda iştirak edən hissələrdə fərariliyin qarşısını almaq mümkün deyil. Bir çox hallarda orduda ağır nəticələrə səbəb olan cinayətlər baş verir.
Sayt cinayətlərin təsnifatını belə aparıb:
- Fərarilik
- Əmrlərin yerinə yetirilməməsi
- İntizamsızlıq
- Səhlənkarlıq
- Hərbi xidmətə çağırış zamanı rüşvət halları
- Təlimlərdən yayınma
- Hərbi hissələrdə dezinformasiyanın yayılması
- Bilə-bilə maddi ziyan vurma
Görünən odur ki, bütün bunlar gizlədilməyə çalışılsa da, Ermənistan cəmiyyətində bu hallar heç kimə sirr deyil.
Natiq Səlim,
KONKRET.az