Ermənistan polisi Putini tənqid edən rusiyalı qızı axtarır – FOTObackend

Ermənistan polisi Putini tənqid edən rusiyalı qızı axtarır - FOTO

Ermənistanda daha bir qalmaqal alovlanır. Moskvanın sifarişi ilə rusiyalı Svetlana Boqaçeva və məşhur rusiyalı stend-up komediyaçısı Tanya Şukinanın sevgilisi Mixail Bodrov İrəvanda saxlanılıb. Təhlükəsizlik qüvvələri siyasi mövqeyi ilə tanınan Şukinanın harada olduğunu öyrənməyi tələb edib.

KONKRET.az Rusiyanın müstəqil mətbuatına istinadən xəbər verir ki, polis Şukinanın efirdə olduğu yerli radiostansiyaya da gəlib. Və sonra gənclər haqlarında heç vaxt eşitmədikləri bir adamı döyməkdə ittiham olunublar. Polis və hüquqşünaslar deyirlər ki, “bunun siyasətlə heç bir əlaqəsi yoxdur”, lakin bu olay Ermənistandakı bütün rus siyasi mühacir icmasının narahatlığına səbəb olub.

“The Village” nəşri yazır ki, iyunun 16-da səhər qız Twitter-də yazıb: “Mən şəhərdən (İrəvan nəzərdə tutulur) kənarda gizlənirəm. Əgər məni Rusiyaya qaytarsalar, o zaman Putinlə bağlı zarafatlara, müharibə əleyhinə mövqeyə, mitinqlərə və Aleksey Navalnı ilə əməkdaşlığa görə məni həbs və ya ölüm gözləyir. Dostlarım şöbədə saxlanılır, əlaqələrimi və yerimi bildirməyimi xahiş edirlər. Onlar tamamilə qanunsuz olaraq saxlanılıblar. Mən siyasi sığınacaq istəyirəm”.

Xatırladaq ki, Şukina Rusiyada həbs olunmaqla hədələndiyi üçün əvvəlcə Türkiyəyə, sonra isə Ermənistana gedib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*