Ermənistan Prezidenti vəzifəsinə bu şəxslər namizəd olacaq – ADLARbackend

Ermənistan Prezidenti vəzifəsinə bu şəxslər namizəd olacaq - ADLAR

Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-ü istefa verib.

KONKRET.az-ın məlumatına görə, Ermənistan mediasında artıq ölkənin yeni Prezidenti vəzifəsinə mümkün namizədlərin adı açıqlanmağa başlayıb.

“168 saat” qəzeti yazır ki, “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan və ölkənin hazırkı XİN rəhbəri Ararat Mirzoyan prezident postuna namizəd ola bilərlər.

Marukyan qəzetə açıqlamasında qeyd edib ki, seçkilərdə iştirak edib-etməməsi barədə vaxt çatanda danışacaq, indi isə məsələyə münasibət bildirə bilməyəcək.

Qeyd edək ki, ölkənin müxalif “Ermənistan” fraksiyasının deputatı Andranik Tevayanın sözlərinə görə, Armen Sarkisyan hazırda ölkədə deyil. Bir neçə erməni KİV orqanı Sarkisyanın Londonda olduğunu yazır. Ermənistan Konstitusiyasına əsasən, ölkədə növbədənkənar prezident seçkiləri fevral ayının ortalarında keçirilə bilər. Ölkə Prezidentini parlamentin millət vəkilləri seçəcəklər. Ermənistan Prezidenti 7 il müddətinə seçilir.

Ermənistan prezidenti vəzifəsinə namizədlər açıqlandı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*