“Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət prosesinə başlamağı planlaşdırır”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
O bildirib:
“Referendumun keçirilməsi üçün Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etməlidir. Bu, geniş hazırlıq və ciddi iş tələb edən bir prosesdir. Yaxın vaxtlarda, xüsusilə də Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) həmkarlarımızın çağırışlarını nəzərə alaraq, bu prosesə başlayacağıq.”
Paşinyan bu fikirləri parlamentdə hökumətin proqramını təqdim edərkən səsləndirib.
O daha sonra deyib:
“Mövcud vəziyyətin çıxılmaz olması, xüsusilə də yaxınlaşan iqtisadi böhran Paşinyanı çox ciddi addımlar atmağa məcbur edir. Eyni zamanda, göründüyü kimi, o, məsuliyyəti Avrasiya İqtisadi İttifaqının, yəni faktiki olaraq Rusiyanın üzərinə qoymağa çalışır. Referendumun nəticələrinə görə məsuliyyəti isə xalqın iradəsi kimi təqdim edəcək. Müəllif iddia edir ki, Paşinyan referendumu saxtalaşdırmağa çalışacaq və bundan sonra baş verəcək hadisələr onun üçün artıq əhəmiyyət daşımayacaq. Həmçinin qeyd olunur ki, Rusiyaya qarşı sanksiyalar nə qədər uzun sürərsə, iqtisadi vəziyyət bir o qədər pisləşəcək və buna görə də bu prosesi uzatmamaq məntiqli görünür.”
Ağagül Mürsəlov,
KONKRET.az
