“Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
N.Paşinyan ölkəsinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə biləcəyini də deyib.
“Artıq Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrimizin görüşü olub. Və bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyadakı diplomatik forumda iştirak etməsi ehtimalı yüksəkdir. Danışıq imkanını qaçırmağımız məntiqsiz olardı. Qeyd edim ki, dünya birliyi, o cümlədən Rusiya, Aİ, ABŞ, region dövlətləri münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir”, – N.Paşinyan əlavə edib.
