“Ermənistanda bizə lazım olan iki nəfər və iki ifadə var” – İLGİNC AÇIQLAMAbackend

“Ermənistanda bizə lazım olan iki nəfər və iki ifadə var” - İLGİNC AÇIQLAMA

“Ermənistanda bizə lazım olan iki nəfər. Nikol Paşinyan və Araik Arutyunyan. Bizə lazım olan isə iki ifadə mövcuddur. Qarabağ Ermənistan deyil və ya Böyük Ermənistan yoxdur”.

Bu barədə KONKRET.az-a açıqlamasında Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli fikir bildirib. O əlavə edib ki, gec də olsa, ermənilər hər iki fikiri səsləndirdilər: “Amma mənə ən çox maraqlı gələn siyasətçi Vigen Xaçatryanın fikirləri oldu. Vigen Xaçatryan deyir: “Artsax” olmadan Ermənistanın gələcəyi yoxdur fikrini təbliğ etmək çox təhlükəlidir. Yəni Ermənistanın gələcəyi “Artsax” sayəsindədir, Artsax varsa, Ermənistan olacaq, yoxsa olmayacaq? Siyasi mövqe baxımından bu belə olsa da, səhvdir. Amma bu o demək deyil ki, məsələdən imtina edirik. Amma son məqsəd “Artsax” yox, Ermənistandır”.

Xaçatryanın və onun timsalında digərlərinin belə açıqlamalar verməsi onu göstərir ki, ermənilər “Artsax”sız gələcək qurmaq fikrinə öyrəşməyə çalışırlar. Çünki Ermənistanda anlayırlar ki, “Artsax” deyə bir ad və ərazi yoxdur. Tarixi Azərbaycan torpağı olan Qarabağı isə bir daha heç vaxt işğal edə bilməyəcəklər.

Müşviq Tofiqoğlu

KONKRET.az 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*