Ermənistanda daha 1 194 nəfərdə koronavirus aşkarlanıb.
KONKRET.az bu barədə erməni KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Ermənistanda virusa yoluxanların sayı 93 448-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 1 391-ə çatıb.
COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 376-ya yüksəlib.
İndiyədək 56 466 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 35 215 aktiv koronavirus xəstəsi var.
