Ermənistanda daha bir hərbçi öldübackend

Ermənistanda daha bir hərbçi öldü

Ermənistanın Vedi (Ararat) vilayətində bu gün saat 17:30-da baş verən qəza nəticəsində erməni hərbçi Karen M. ölüb.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Karen M. ailəsi ilə birgə İrəvan-Arazdəyən yolu ilə gedərkən Vedi ərazisində qəzaya düşüb. Belə ki, onun idarə etdiyi VAZ 2109 yoldan çıxaraq aşıb.

Onun xanımı və iki uşağı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Karen M.-in müqaviləli hərbçi olduğu bildirilir.

Qeyd edək ki, ötən gün Araqatsotn vilayətində baş verən silahlı atışmada ölənlərdən biri – Amayak Mikaelyan da hərbçi olub.

Həmçinin ötən gün erməni əsgərlərdən biri Basarkeçər istiqamətindəki döyüş mövqeyində atəşkəsi pozarkən məhv edilib. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*