Ermənistanda əhali rüşvətlə COVID-19 testini “pozitiv” yazdıraraq ordudan yayınırbackend

Ermənistanda əhali rüşvətlə COVID-19 testini "pozitiv" yazdıraraq ordudan yayınır

“Böyük itkilər verən Ermənistanda əhali artıq vuruşmaq istəmir – rüşvətlə, ya tanışlıqla covid testini “pozitiv” yazdıraraq, azı 14 gün karantinə gedirlər ki, ordudan yayına bilsinlər”

KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli özünün feysbuk hesabında yazıb.

O, Ermənistanda son 5 gündə testi “pozitiv” çıxanların çoxunun 20-55 yaş arası kişilərin olduğunu qeyd edib.

Sözügedən statusu diqqətinizə çatdırırıq:

“Son 5 gündə Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb – 18 oktyabrda cəmi 766 nəfər yoluxmuşdusa, dünən bu rəqəm 2474, bu gün isə 2213 nəfər olub. Bəli, dünyanın çox yerində, o cümlədən bizdə də mövsümlə əlaqədar yoluxma sayı artıb, amma cəmi 2 mln. əhalisi olan Ermənistanda son 5 gündə 2000-lər civarında yoluxma halının olması maraqlıdır. Bəzi məlumatlara görə Qarabağda ağır hərbi məğlubiyyətlə üzləşən, böyük itkilər verən Ermənistanda əhali artıq vuruşmaq istəmir – rüşvətlə, ya tanışlıqla covid testini “pozitiv” yazdıraraq, azı 14 gün karantinə gedirlər ki, ordudan yayına bilsinlər. Testi “pozitiv” çıxanları orduya aparmırlar, bu ehtimalı gücləndirən daha bir fakt odur ki, son 5 gündə testi “pozitiv” çıxanların çoxu 20-55 yaş arası kişilərdir. Əgər belədirsə, deməli Ermənistan cəmiyyətinin müqaviməti sınıb, vuruşmaq istəmirlər – düz edirlər, zatən artıq hər şey bitib, tam Qələbəyə az qalıb!    Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*