Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri, polis polkovniki Sayat Şirinyan saxlanılıb.
KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onun vəkili Benik Qaltsyan polkovnikin evindən aparıldığını deyib:
“Təxminən 30 dəqiqə əvvəl maskalı şəxslər Sayat Şirinyanı evindən çıxarıblar. S.Şirinyanın saxlanılmasının səbəbləri hələlik məlum deyil”.
Qeyd edək ki, S.Şirinyan eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” müxalifət blokunun üzvüdür. Report